Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:12

Bayıldakı sürüşməyə səbəb nədir?


Bayılda sürüşmə olub
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00
Direct-ə keçid

Baş nazirin müavini, Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifov sürüşmə zonasında jurnalistlərə açıqlama verib. Bildirib ki, çatlar təhlükəli deyil.


Avqustun 18-də “Şəhidlər Xiyabanı” yerləşən ərazidə, Bayıl yamacında torpaq sürüşməsi baş verib. Sürüşmənin təhlükəli olmadığını deyən rəsmilər hesab edirlər ki, konkret səbəblərdən danışmaq üçün araşdırmaya ehtiyac var.

Ərazidə geodeziya-kəşfiyyat işlərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şaiq Niftiyev rəhbərlik edir. Onun deməsinə görə, sürüşmə 12 gün əvvəl qeydə alınıb.

“SÜRÜŞMƏNİ NƏYİNSƏ BOYNUNA ATMAQ ÜÇÜN HƏLƏ ƏSAS YOXDUR”

Şaiq Niftiyev indiki torpaq sürüşməsinin 11 il əvvəl baş vermiş sürüşmə istiqamətində
Eskpertlər daha çox Bayıl yamacında aparılan bu tikintinin sürüşməyə səbəb ola biləcəyini deyirlər.

olduğunu deyir. Amma bildirir ki, bu dəfə sürüşmənin nə qədər təhlükəli olduğunu araşdırmalardan sonra söyləmək mümkündür:

“Əlimizdə olan faktiki material hələ əsas vermir ki, sürüşməni nəyinsə boynuna ataq. Təbii amildir”.

2000-ci ildə həmin ərazidə baş verən sürüşmə zamanı bir yanacaqdoldurma məntəqəsi torpaq altında qalmış, Bayıla doğru gedən magistral yol tamamilə dağılmışdı. Bundan başqa, dənizin sahilində yerləşən bəzi tikililər də ciddi zədələnmişdi. İndi həmin ərazi boyunca, üzü Bayıla doğru geniş tikinti işləri aparılmaqdadır.

BOSTANLARDAN AXAN SU

Ərazidə yaşayan sakinlər sürüşməni daha çox yaxınlıqdakı irimiqyaslı tikinti işləri, dərin özüllərin qazılması ilə əlaqələndirsələr də, hadisə yerinə gələn baş nazirin müavini Abid Şərifov bunu təkzib edir. Deyir ki, sürüşmə daha çox yaşayış
sahələrindən, əsasən də bostanlardan sızan su və yağıntının çox olması ilə bağlıdır:

Baş nazirin müavini Abid Şərifov (solda), Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov (ortada) sürüşmə zonasında, 18 avqust 2011

“Ən qorxulusu odur ki, su sürüşmə zonasına gedib çatır. İkincisi, yaşayış evlərindən axıdılan içməli su bir yana, Allah kömək olmuşların həyətlərində bostanları var, onlar bostanı sulayırlar, biz bunun qarşısını almalıyıq”.

Sürüşmənin 50-60 metr aşağıda aparılan bünövrə qazıntısı ilə bağlı ola bilməsi ehtimalına gəlincə, Abid Şərifov dedi:

“Harda yazılıb ki, sürüşmə zonasında tikinti işləri aparmaq olmaz? Bax belə səmimi sual verirəm. Sürüşmə zonasında tikinti aparılması üçün xüsusi tədbirlər görülməlidir və ekspertlər tərəfindən yoxlanılmalıdır, yalnız sonra tikintiyə icazə verilə bilər. Başa düşürsüz yoxsa, yox?”

TİKİNTİ EKSPERTİZASIZ BAŞLANIB

Amma Abid Şərifovun özünün dediklərindən aydın oldu ki, sürüşmə baş verən
Abid Şərifov sürüşmə zonasında jurnalistlərin suallarına cavab verir, 18 avqust 2011

yamacın aşağı hissəsində tikintiyə seysmik ekspertiza aparılmadan başlanılıb. Onun deməsinə görə, ekspertiza indi aparılır:

-Ekspertiza olunur!
-Abid müəllim, bəs ekspertiza olmamış tikinti işləri necə aparılır?
-Sağ olun, vaxtım yoxdur...

Baş nazirin müavini deyir ki, həmin ərazinin sürüşmə zonası olmasından təşvişə düşmək lazım deyil.

Sürüşmənin qarşısını almaq üçün görüləcək tədbirlərə gəlincə, Abid Şərifov deyib ki, çatlar gillə doldurulacaq və ora su düşməsin deyə izolyasiya olunacaq.

Bir müşahidəmizi də deyək. Abid Şərifov sürüşmənin tikinti işləri ilə bağlı olmadığını desə də, o və fövqəladə hallar naziri Kəmaləddin Heydərov sürüşmə ərazisinə tikinti şirkətləri ilə aparılan danışıqlardan sonra qalxmışdılar.

“BU, GİZLİNCƏ GÖRÜLƏN İŞLƏRİN NƏTİCƏSİDİR”

Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov sürüşmənin təbii
Telman Zeynalov

hadisə olması ilə bağlı rəsmilərin fikirlərini bölüşmür. Deyir ki, sürüşməyə səbəb olan ən böyük səhv elə baş nazirin müavinin etiraf etdiyi kimi tikinti işlərinin ekspertiza rəyi olmadan aparılmasıdır:

“Bu, gizlində görülən, verilən razılıq və qərarların bu şəkildə üzə çıxmasıdır”.

Ekoloqa görə, əslində sürüşmə ərazisində tikintidən əvvəl ciddi araşdırmalar aparılmalı idi və razılıq olduğu halda tikinti işlərinə başlanılmalı idi. Onun deməsinə görə, əgər bu razılıq olmayıbsa, torpaq sürüşməsini başqa nə iləsə əlaqələndirmək düzgün deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG