Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:43

Əfqanıstanın Herat şəhərində azı 20 adam öldürülüb


Cümə axşamı Əfqanıstanın Herat şəhərində törədilmiş partlayışda azı 20 adam ölüb.

Şəhərə gedən mikroavtobus yolda minaya düşüb.

Ölənlərin arasında qadın və uşaqlar da var.

Qardez şəhərində isə intiharçının ABŞ bazasının qarşısında minalanmış maşını partlatması nəticəsində 2 yerli gözətçi həlak olub.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.
XS
SM
MD
LG