Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:56

BMT-də Suriyadakı vəziyyətin müzakirəsi gözlənilir


BMT-nin təhlükəsizlik şurası bu gün Suriyadakı vəziyyəti müzakirə edəcək.

BMT-nin insan haqları idarəsinin rəhbəri Nevi Pilleyin ( Navi Pillay ) Suriyada insan haqlarının pozulması hallarını araşdırmaq üçün Beynəlxalq cinayət məhkəməsinə üz tutacağı gözlənilir.

Avqustun 22-də isə Cenevrədə BMT-nin insan haqları üzrə komitəsinin Suriyayla bağlı iclası gözlənilir.

Suriya prezidenti Bashar Assad bu arada BMT-nin baş katibi Ban Ki Moonla telefon söhbəti zamanı ölkədə nümayişçilərə qarşı aparılan siyasi və hərbi əməliyyatların dayandırıldığını bildirib.

Martın ortalarından bu yana Suriyada Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 2 minə yaxın adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG