Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:34

Əlif Şəfəqə Zadi Smitdən dəstək məktubu


Kulis.az “Habertürk”ə istinadən bildirir ki, türk yazıçı Əlif Şəfəqin yeni çıxan “İsgəndər” romanının plagiat olması iddialarına, oğurlandığı deyilən “İnci kimi dişlər” əsərinin müəllifi Zadi Smit cavab verib.

İddiaları gülünc hesab edən “Oranc” mükafatlı yazıçı Smit məktubunda bunları yazıb:

“Sevgili Əlif. Hanif Küreyşi (ingilis yazıçı, ssenarist – G.Ə) mənə hər ikimizin kitabları ilə bağlı xoşagəlməyən xəbərlərin yer aldığı bir link yolladı. Sənə bir şey demək istəyirəm, iddiaları çox gülünc hesab edirəm. Ümid edirəm, hər şey yaxşı olar. Xahiş edirəm, bu zəhərli insanların sənə təsir etməsinə, aşağı çəkməsinə izn vermə. Bir yazardan başqa yazara heyranlıqla, Zadi”.

Məktubla bağlı açıqlama verən Şəfəq çox təsirləndiyini deyib: “Əvvəldən bu iddialarla bağlı fikrimi bildirmişdim. Zadi Smitin mənə şəxsən yazması və yazarları həvəsdən salmaq üçün uydurulan sözləri mənasız hesab etməsi çox dəyərlidir. Məni çox təsirləndirdi. Qələminə həmişə hörmət etdiyim bir yazıçıdır, ürəyinə və insanlığına da bir o qədər hörmət etdim”.

“Fikir Məhsulları Ofisi” bloqu tərəfindən gündəmə gətirən plagiat iddialarında Əlif Şəfəqin Zadi Smitin əsərindən obraz və hadisələri eyni ilə köçürtdüyü deyilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG