Keçid linkləri

2026, 17 Avqust, bazar ertəsi, Bakı vaxtı 18:47

2 aprel hadisələrinə görə tutulanların məhkəməsidir

Avqustun 18-də Nəsimi rayon məhkəməsində 2 aprel məhbuslarından Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi Quliyev və Rüfət Hacıbəylinin məhkəmə prosesi keçirilir. Müttəhimlər ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

Ötən prosesdə vəkillər təqsirləndirilən şəxslərin həbsdə saxlanmaları ilə bağlı yeni məhkəmə qərarı olmadığına görə məhkəmə zalından dərhal azadlığa buraxılması üçün vəsatət qaldırsa da, hakim vəsatəti qəbul etməyib.

Bütövlükdə müxalif İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
This item is part of
XS
SM
MD
LG