Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 11:10

Dünyanın ən çox qazanan yazıçısı kimdir?


James Patterson
James Patterson
"Forbs" jurnalının hesablamalarına görə, hazırda dünyanın ən çox qazanan yazıçısı - amerikalı detektiv yazarı Ceyms Pattersondur.

2010-cu ilin mayından 2011-ci ilin aprelinə qədər o, kitablarının satışındaan 84 milyon dollar pul qazanıb.

Bu, reytinqdə ikinci pillədə qərarlaşmış romantik əsərlər müəllifi Daniela Stildən (ABŞ) təxminən iki dəfə çoxdur.

Stil həmin dövr ərzində 35 milyon dollar qazanıb.

Üçüncü yerdə isə fantastika və dəhşət süjetlərinin ustası Stiven Kinq qərarlaşıb (ABŞ). Onun gəliri 28 milyon dollar olub.

"Forbs" qeyd edir ki, yaxın illərdə kiminsə Pattersonu üstələməsi müşkül işdir. 2012-ci ilin sonuna qədər çap ediləcək 117 kitaba görə yazıçı artıq indidən 150 milyon dolları gəliri özü üçün təmin edib.

64 yaşlı Patterson artıq ikinci ildir ki, "Forbs"un ən çox qazanan yazıçılar siyahısına başçılıq edir.

O, siyahıda gəlirləri son bir ildə artmış (70 milyondan 84 milyon dollara) yeganə yazardır. Baxmayaraq ki, ümumilikdə kitab bazarında satış həcminin azalması müşahidə edilir.

Pattersonun uğurunun sirri onun elektron kitab bazarında çox aktiv olmasıdır.

O, kitablarının elektron formatda satışı 1 milyon nüsxə həddini keçmiş ilk yazardır.
XS
SM
MD
LG