Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:44

Qorboçov Rusiya rəhbərliyini siyasi monopoliyadan əl çəkməyə çağırıb

Keçmiş SSSR-i prezidenti Mixail Qorbaçov Rusiya hakimiyyətini “Vahid Rusiya” partiyasının siyasi monopoliyasından əl çəkməyə çağırıb.

Qorbaçov Moskvada keçirdiyi mətbuat konfransında bildirib ki, keçmiş Kommunist partiyasının pis variantını təkrarlamaq lazım deyil.

O hazırkı ali rəhbərlikdə yeniləşmənin vacibliyini qeyd edib.

Keçmiş prezident “ Doğru iş” partiyasının Dövlət Dumasına düşmək şansının yüksək olduğunu vurğulayıb.

O bu partiyanın lideri Mixail Proxrovu yeni ideya və layihələrin daşıyıcısı adlandırıb.
This item is part of
XS
SM
MD
LG