Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:02

Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisidə 10,4 milyon dollar yoxa çıxıb?


Azərbaycan, Gürcüstan və Türkiyə prezidentyləri Tbilisi yaxınlığında BTQ dəmir yolu xəttinin tikintisinə başlanma mərasimində, 21 noiyabr 2007
Azərbaycan, Gürcüstan və Türkiyə prezidentyləri Tbilisi yaxınlığında BTQ dəmir yolu xəttinin tikintisinə başlanma mərasimində, 21 noiyabr 2007


İqtisadi və Sosial İnkişaf Mərkəzi bildirir ki, ABŞ-ın Şəffaflıq Üzrə Tərəfdaşlıq Fondunun dəstəyi ilə Dövlət Neft Fondu tərəfindən maliyyələşən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə çəkilən xərclərin monitorinqini davam ediblər. Monitorinq qrupunun üzvləri bu yaxınlarda Gürcüstan və Türkiyədə səfərdə olublar.

Monitorinq zamanı Azərbaycan dövlət orqanlarının yaydıqları xərc göstəricilərində bəzi fərqlər üzə çıxarıb. Məsələn, Azərbaycanın Nəqliyyat Nazirliyi ötən il tikinti işlərinə 58.5 milyon dollar sərf edildiyini açıqlasa da, Dövlət Neft Fondunun eyni göstəricisi 48.1 milyon dollardır. Yalnız 2011-ci ildə xərc fərqi 10,4 milyon dollardır. 10,4 milyon dolların hara itirildiyi barədə məlumat yoxdur” deyə mərkəz qeyd edir.

Bu ittihamlara rəsmilərin bir cavabını öyrənmək mümkün olmayıb.

Tikintisinə 2007-ci ildən başlanan Bakı-Tbilisi-Qars dəmiryolu xətti hələ 2009-cu ildə istifadəyə verilməli idi. Amma Gürcüstan vasitəsilə Azərbaycanla Türkiyəni birləşdirəcək bu dəmiryolu xəttinin tikintisi ləngiyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG