Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Mövsüm Səmədovun məhkəməsi avqusun 19-da davam edəcək


Mövsüm Səmədov
Mövsüm Səmədov
Avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimiyyəti zorla ələ keçirməkdə və terrora hazırlıq görməkdə ittiham olunan İslam Partiyasının sədri Mövsüm Səmədov və üzvlərinin məhkəmə prosesi davam edib. Təqsirləndirilən şəxslərdən - Vaqif AbdullayevZülfüqar Mikayılov ifadə verib, özlərini təqsirli bilmədiklərini bildiriblər.

Növbəti proses avqustun 19-na təyin olunub.

İttiham aktına əsasən, Mövsüm Səmədov İslam Partiyası adı altında rəsmi dövlət qeydiyyatı olmayan quruma daxil olan bir neçə nəfərlə ölkədə terrora hazırlıq işləri aparıb. Cihada çağırışa, mövcud hakimiyyəti dəyişməyə yönələn hərəkətlər edib. Bu ittihamlar sübut olunsa, onlar 10 ildən 15 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilərlər. Amma özləri ittihamları rədd edirlər.

M. Səmədov bu il yanvarın 2-də partiyasının iclasında orta məktəb şagirdlərinə hicab geyməyin qadağan edilməsinə görə hakimiyyəti sərt tənqid etmişdi. Tərəfdarları onun və partiya fəallarının əslində bu çıxışa görə həbs olunduqlarını deyirlər.
XS
SM
MD
LG