Keçid linkləri

2026, 21 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 09:41

Rusiyanın və İran xarici işlər nazirləri görüşür

Bu gün Moskvada Rusiyanın və İran xarici işlər nazirləri Sergey Lavrovla Əli Əkbər Salehi görüşəcək. Görüşdə İranın nüvə proqramı ilə bağlı müzakirələr aparılacaq.

Avqustun 16-da İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, İranın beynəlxalq danışıqlara geri qaytarılması ilə bağlı Rusiyanın təklifini alqışlayır. Əhmədinejad bu haqda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Tehrandakı görüşündə bildirib.

Qərb İranın nüvə silahı hazırlayacağından ehtiyat edir. İran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirir.
This item is part of
XS
SM
MD
LG