Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 01:58

Zawiya şəhəri uğrunda döyüşlər davam edir


Liviyada Zawiya şəhəri uğrunda döyüşlər davam edir. Bu şəhər paytaxt Tripolinin 50 kilometrliyində yerləşir.

Zawiya şəhəri bir neçə gün üsyançıların əlində olub. Son məlumatlara görə, Qaddafi qoşunlarına məxsus snayperlər hündür mərtəbəli binaların üstündən üsyançılara atəş açır.

ABŞ-ın müdafiə naziri Leon Panetta isə üsyançıların son uğurları ilə bağlı bildirib ki, Qaddafi rejiminin ömrünə az qalıb.

Liviyanın hakimiyyət nümayəndələri isə ölkədəki vəziyyətə nəzarət etdiklərini bildirirlər.
XS
SM
MD
LG