Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Merkel və Sarkozi avrozona üçün birgə təkliflər hazırlayacaq


Fransa və Almaniya liderləri qərara gəliblər ki, sentybar ayına maliyyə əməliyyatlarına vergi tətbiq olunması və iqtisadi siyasəti birgə idarə etmək haqda təkliflər hazırlasınlar.

Almaniya kansleri Merkellə görüşdən sonra Fransa prezidenti Sarkozi deyib ki, onlar avrozonada idarəçilik qurumunun yaradılmasını təklif edəcəklər. Bu qurumun 2 və ya 2 il yarımlıq müddətə prezidenti də olacaq.

Quruma avrozonanın bütün ölkələrinin rəhbərləri daxil olacaq. Sarkozinin fikrincə, qurumun ilk prezidenti Avropa Birliyinin prezidenti Van Rompuy ola bilər.

Sarkozi və Merkel razılığa gəliblər ki, avrozona ölkələri sərt büdcə intizamı haqda maddəni konstitusiayya əlavə etməlidirlər.
XS
SM
MD
LG