Gəncənin baş rəssamı Şərif Şərifovun deməsinə görə, evciklərə əsasən elanlar, teatr afişaları, şəhər üzrə bir yenilikləri özündə cəmləşdirən informasiyalar, həmçinin sifariş əsasında özəl reklam plakatları yerləşdiriləcək. Hələlik şəhərə 5 ədəd hərəkətli reklam evcikləri gətirilib. Şərif Şərifov deyir ki, yaxın vaxtlarda Gəncənin müxtəlif ərazilərində müasir reklam lövhələri də yerləşdiriləcək.