Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 01:48

Almaniyada iqtisadi artım sıfır səviyyəsinə düşüb


Aprel-iyun aylarında Almaniyada iqtisadi artım cəmi 0,1 faiz olub.
Avropanın ən böyük iqtisadiyyatında bu artım sürəti investorları məyus edib. Onlar 0,5 faiz artım gözləyirdilər.
Bundan qabaq eyni məyusedici göstəricilər ABŞ və Fransa iqtisadiyyatlarından gəlmişdi.

Bu gün Almaniya və Fransa rəhbərləri avrozona ölkələrinin borc problemini müzakirə etməlidirlər.
Almaniya bildirir ki, o, avroistiqrazların buraxılmasının əleyhinədir.
Avroistiqrazlar avrozona ölkələrinə indikindən aşağı faizlə borc almağa imkan verə bilər, ancaq bu, Almaniyada kreditləri bahalandıra bilər.
XS
SM
MD
LG