Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:34

Şüvəlanda məhbus intihar edib


Avqustun 16-da səhər saat 7-də Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin Şüvəlandakı 3 saylı istintaq təcridxanasında intihar hadisəsi baş verib.

Xəzər rayon prokurorunun köməkçisi Cəmil Abasquliyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, təcridxanada saxlanılan Şirvan rayon sakini İslam Fərziyev özünü asıb. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə ittiham olunub. İntiharla bağlı məktub qoymayıb.

İntihar hadisəsi ilə bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Penitensiar Xidmət İdarəsi mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, faktla bağlı araşdırma aparılacaq.
XS
SM
MD
LG