Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

«Turizm haqqında» yeni qanun layihəsi hazırlanıb


«2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulan məsələlərdən biri də bu ilin sonunadək «Turizm haqqında» yeni qanun layihəsinin Milli Məclisə təqdim edilməsidir».

Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsi müdirinin müavini Mahir Qəhrəmanov Yeni Azərbaycan Partiyasının saytına bildirib ki, yeni qanun layihəsinə artıq Nazirlər Kabinetində baxılıb və sənəd razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib.

M.Qəhrəmanov deyib ki, «Turizm haqqında» yeni qanunun qəbulu bu sahənin inkişafına əlavə imkanlar yaradacaq:

«Günün tələblərinə cavab verəcək yeni qanunda beynəlxalq normalar, bu çərçivədə Mədəniyyət və Turizm Nazirliyi qarşısında duran vəzifələr, eyni zamanda beynəlxalq turizm bazarına inteqrasiya üçün lazım olan fəaliyyətin tənzimlənməsi və s. mühüm məsələlər öz əksini tapacaq». /apa/
XS
SM
MD
LG