Liviya lideri Muammar Qaddafi tərəfdarlarını üsyançıların ələ keçirdiyi şəhərləri azad etməyə çağırıb. Dövlət televiziyası ilə yayılan audio səsində Qaddafi ölkəni “NATO xainlərindən” xilas etməyin vacibliyini də bildirib.
Bu arada üsyançılar paytaxt Tripoliyə girişi təmin edən iki strateji şəhər - Zaviya və Gharyan şəhərləri uğrunda döyüşlər getdiyini bildiriblər. Liviya hökuməti isə hər iki şəhərin onların nəzarəti altında olduqlarını bildirir.