Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:53

Suriyanın Latakiya şəhərində 20-dən çox adam öldürülüb


Bazar günü Suriyanın Latakiya şəhərində keçirilmiş hərbi əməliyyatlar zamanı 20-dən çox adam öldürülüb.

Bu barədə yerli hüquq müdafiəçiləri xəbər verirlər.

Məlumatlara görə şəhərin bir neçə rayonu hərbi gəmilərdən atəşə tutulub.

Suriya hakimiyyəti bu günlərdə şəhərə ordu yeridib.

Dünən isə şəhərdə azı 2 adam öldürülüb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.
XS
SM
MD
LG