Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:43

ABŞ-da səhnənin uçması nəticəsində azı 4 adam ölüb


ABŞ-ın İndiana ştatındakı yarmarkada səhnənin uçması nəticəsində 4 nəfər ölüb, uşaqlar da daxil olmaqla 40-dan artıq adam yaralanıb.

Yerli hakimiyyətin məlumatına görə, yaralılardan bir neçəsi ağır vəziyyətdədir və ölü sayı arta bilər.

İndianapolis şəhərində baş vermiş hadisəyə səbəb qəfil peyda olmuş burulğanlı külək olub.

Səhnə uçarkən məşhur “Sugarland” musiqi qrupu çıxışa hazırlaşırmış.
XS
SM
MD
LG