Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 20:20

Şənbə günü İraqda azı 5 adam öldürülüb

Son gün ərzində İraqda 5 nəfər öldürülüb, azı 14 nəfərsə yaralanıb.

Şənbə gününə keçən gecə Bağdadın qərbində törədilmiş partlayışda 2 nəfər ölüb, 13 nəfərsə yaralanıb.

Əl Baqdadi şəhərinin yaxınlığında yolda baş vermiş partlayışda isə təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı ölüb, biri isə yaralanıb.

Həmçinin şənbə günü Bağdadda 1 şiə ruhani güllələnib.
This item is part of
XS
SM
MD
LG