Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:13

İlham Əliyev MDB-nin yubiley sammitində iştirak edəcək


İlham Əliyev
İlham Əliyev
Prezident İlham Əliyev sentyabrda Tacikistan paytaxtı Düşənbədə keçiriləcək MDB-nin yubiley sammitində iştirak edəcək.

Bu barədə «İnterfax-Qazaxıstan» agentliyi məlumat yayıb.

Yubiley sammitində iştirakını hələlik 7 prezident təsdiqləyib, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev.

Bunu Tacikistanın Xarici İşlər naziri Dövlətəli Nazriyev deyib.

Belarus, Özbəkistan və Ukrayna prezidentləri isə tədbirdə iştirak edib-etməyəcəklərini təsdiqləməyib.

MDB 1991-ci ilin dekabrında yaradılıb. Birliyə Baltikyanı ölkələrdən başqa keçmiş Sovet respublikalarının hamısı daxil olub. Gürcüstan bir neçə ildir MDB-ni tərk edib. Hazırda MDB-nin 11 üzvü var.
XS
SM
MD
LG