Vitali Kliçko (Vitali Klitschko) bu həftə Kiyevin küçələrini gəzəndə, bütün baxışlar onun nəhəng fiziki görünüşünə cəmlənmişdi. Boynundakı şişkin damarları ilə nəzəri cəlb edən yaraşıqlı döyüşçü hər biri nahar boşqabı böyüklüyündə, peşəkar boks karyerasında 39 rəqibi nokaut etmiş əlləri ilə ətrafındakıları salamlayırdı.
«İnternational Herald Tribune» qəzeti yazır ki, Dünya Boks Şurasının ağırçəkili çempionu paytaxta nə növbəti döyüş üçün, nə də fanatlarını salamlamağa gəlmişdi. O, kifayət qədər yerinə düşən boks analogiyalarından misal gətirərək gurultulu səslə Ukrayna siyasəti barədə danışırdı. Onun «Udar» müxalifət partiyası keçən payız yerli qanunverici orqanlara seçkilərdə Ukraynanın 24 regionundan 15-də qələbə qazanıb. Köməkçiləri deyirlər ki, sorğulara görə, seçicilərin 4.5 faizi «Udar»a dəstək verir, amma 3 faizlik dəstəyin özü də 2012-ci il parlament seçkilərində iştirak üçün kifayət edir.
2003-cü ildə Los Ancelesdə dünya çempionu adı uğrunda Lennoks Lyuislə (Lennox Lewis) ilk döyüşünü aparmış KLİÇKO İNDİ UKRAYNANIN DAĞINIQ MÜXALİFƏTİ İLƏ DÖYÜŞÜR.
Keçən həftə keçmiş Baş nazir Yuliya Timoşenkonun (Yulia Tymoshenko) həbsi və Ukrayna siyasətindəki daimi mübarizə seçiciləri o qədər çaşdırıb ki, onların yeni siyasi simalara ehtiyacı var.
V.Kliçko keçən həftə xanım Timoşenkonun həbsinə qarşı çıxmaq üçün Avstriyadan Kiyevə qayıdıb, deyib ki, o, siyasətə əzilmiş müxalifəti canlandırmaq üçün gəlib.
«Müxalif siyasətçilərinin bir-birinin ardınca həbs edilməsi normal deyil», – deyən Kliçko bildirib ki, bu, prezident Viktor Yanukoviçin (Viktor Yanukovych) müxalifət liderlərini təmizləməsidir. Bunun ardınca əlavə edib ki, o, siyasi azadlığı dəstəkləyir, məhz xanım Timoşenkonu yox:
«Əlbəttə, başa düşürük ki, Timoşenko özü də müqəddəs deyil. Onun hərəkətlərində mənfi nüanslar az deyil. Dövrü olaraq yerlərini bir-birinə satan indiki hökumət və müxalifət bir-birindən betərdir».
V.Kliçko bir vaxtlar qeyd etmişdi ki, «SİYASƏT» SÖZÜ UKRAYNADA SÖYÜŞ KİMİ İŞLƏNİR:
«Siyasətçilər xalq arasında hörmətsizdirlər, etibarı itiriblər. Siyasətçi deyəndə, əksəriyyətimiz yalan danışan, söz verib yerinə yetirməyən bir insanı təsəvvür edirik. Onun seçilməsinə kömək edən insanlara verdiyi sözlər isə keçmişdə qalır…».
Sorğular göstərir ki, seçicilərin 35 faizi hələ də qərarsızdır, bu isə yeni fiqurların xeyrinədir. Politoloq Mixail Poqrebinski (Mikhail Pogrebinsky) deyir ki, qərarsız seçicilərin çoxu 2004-cü ildə «Narıncı inqilab»la hakimiyyətə gəlmiş koalisiyanın keçmiş tərəfdarlarıdırlar:
«Hakimiyyətin nüfuzu aşağı düşür, amma insanlar «narıncı» qrupa səs vermək istəmirlər. Burada ən optimal yol yeni siyasi fiqurdur».
SOVET HAVA QÜVVƏLƏRİ GENERALININ OĞLU V.KLİÇKO Məhəmməd Əli (Muhammad Ali), Lennoks Lyuis və Evander Holifilddən (Evander Holyfield) sonra üç dəfə müxtəlif vaxtlarda dünya çempionu titulu almış dördüncü adamdır. O və boksçu qardaşı Vladimir Ukraynanın idman qəhrəmanlarıdır. 40 yaşlı cənab Kliçko dörd dildə danışır və idman elmləri namizədidir.
Avqustun 11-də Kiyevdəki mətbuat konfransından sonra V.Kliçko qara «Toyota Land Cruiser»inə oturub, xanım Timoşenkonu dəstəkləyən etirazçılarla dolu küçələrdən keçib, xarici diplomatlarla görüşə getdi. Onun məsləhətçiləri bildirirlər ki, həddindən artıq sərt mövqe yanlışdır, «narıncı koalisiya» ilə yaxınlıq siyasi məsuliyyət yarada bilər.
«BAŞ VERƏNLƏRDƏN NARAZIYAM»
V.Kliçko Məhəmməd Əli barədə demişdi ki, o, kəpənək kimi uçub, arı kimi sancır: «Zərbəni vuran yox, ondan yayınan qazanır».
V.Kliçko deyir ki, divanda oturub Ukraynada baş verən hadisələrə şərh vermək istəmir:
«Evdə, divanda oturub prinsiplər haqqında, Ukraynada baş verənlər haqqında fikir yürütmək olar, amma bununla heç nə dəyişməyəcək. Siyasətə gəlmək, işləmək lazımdır. Siyasət sadəcə, daxildən dəyişmək üçün vasitədir.
Mən divanda oturub Ukraynada baş verənləri şərh vermək istəmirəm. Baş verənlərdən tamamilə narazıyam. Bilirəm ki, Ukrayna Avropa ölkəsidir, yalnız coğrafi cəhətdən yox əlbəttə. Ukrayna islahatlar aparmaqla inkişaf etmiş ölkələrdəki həyat standartları ilə Avropa ölkəsi ola bilərik. Mənim üçün siyasət məqsəd deyil, bir çox şeyin həyata keçirilməsi, prinsiplər üçün alətdir».
«İnternational Herald Tribune»-dan Gülər Qasımova çevirdi.