Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:29

Suriyada 10-dan çox adamın öldürüldüyü xəbər verilir


Birləşmiş Ştatlar hesab edir ki, Suriya hakimiyyəti artıq legitimliyini itirib və prezident Bashar Assad istefaya getməlidir.

Bunu ABŞ dövlət katibi Hillary Clinton bəyan edib.

Cümə günü paytaxt Dəməşqin ətraf qəsəbələri, Hama və Deyr əl Zor və Aleppo şəhərlərində təhlükəsizlik qüvvələrilə nümayişçilər arasında toqquşmalar olub.

Təhlükəsizlik qüvvələrinin yenidən nümayişçiləri atəşə tutduğu və nəticədə
10-dan çox adamın öldüyü xəbər verilir.

Yerli hüquq müdafiəçiləri martın ortalarından bu yana ölkədə 2 minə yaxın adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG