Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:33

Sülh və Demokratiya İnstitutunun ofisi də dağıntılar altında qaldı


Sülh və Demokratiya İnstitutunun ofisi sökülüb
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00
Direct-ə keçid

Sülh və Demokratiya İnstitutunun Bakının Ş.Bədəlbəyli küçəsində yerləşən ofisi avqustun 11-də sökülüb. Qurumun təmsilçiləri AzadlıqRadiosuna deyiblər ki, ofisi sökməyə gələnlər qaz sayğacına baxmaq istədiklərini bildiriblər, içəri girən kimi isə pəncərələ

«ÇIXDIM GÖRDÜM EKSKAVATOR...»

Söküntü başlayarkən Sülh və Demokratiya İnstitutunun əməkdaşı Azad İsazadə də binada idi. Azad İsazadənin həmin vaxt bildirməsinə görə, ona deyiblər ki, ərazidə qazla bağlı problem olduğuna görə binadan çıxmalıdır:

«Çıxdım gördüm ekskavatoru bura salırlar. Qayıtdım ofisə. Hər bir dəqiqə başıma nəsə uça bilərdi».

Bir müddət əvvəl binanın sahibi - Leyla Yunus Şəmsi Bədəlbəyli və ona bitişik küçələrdə binaların qanunsuz sökülməsi ilə bağlı məhkəməyə müraciət edib. Azad İsazadə deyir ki, 1 saylı inzibati iqtisad məhkəməsinin işə baxılana qədər söküntünün dayandırılması haqqında qərarına baxmayaraq bina sökülüb. Məhkəmə prosesi isə sentyabrın 13-ə təyin olunub.

ƏMLAKIN BÖYÜK HİSSƏSİ YARARSIZ VƏZİYYƏTƏ DÜŞÜB


Əmlakın sahibi Leyla Yunus hazırda Azərbaycanda deyil. Azad İsazdə deyir ki, avqustun 12-i səhər əmlaklarının cüzi hissəsini dağıntılar altından çıxardıblar. Əmlakın böyük hissəsi isə yararsız vəziyyətə düşüb.

Azad İsazadə deyir ki, söküntü vaxtı binada olduğu üçün həyatına təhlükə yarandığına görə, baş verənlərlə bağlı Respublika Prokurorluğuna müraciət edəcək:

Müzəffər Baxışov
«Mən ofisdə ola-ola söküntü başladığına görə prokurorluğa ərizə verəcəyəm. Həyatıma, sağlamlığıma təhlükə yaratmışdılar. Şəxsi əşyalarımı isə çıxarda bilməmişəm».

Hüquqşünas Müzəffər Baxışov da deyir ki, artıq bir neçə ildir ölkədə mülkiyyət hüquqlarının pozulması kütləvi xarakter alır:

«Fiziki və hüquqi şəxsin əmlakının qəsdən məhv edilməsi külli miqdarda ziyan dəymə ilə müşayiət olunan bir əməldir. Buna görə Cinayət Məcəlləsində cinayət məsuliyyəti nəzərdə tutulub. Bunu törədənlər məsuliyyətə cəlb edilib cəzalandırılmalıdır».

Füzuli, Bədəlbəyli və ətraf küçələrdə mənzillərinin söküntüsü artıq bir ildən çoxdur ki, davam edir. Bu küçələrdə əhaliyə hər kvadratmetr metr üçün 1500 manat kompensasiya təklif olunur. Əhali isə bununla razılaşmır.

RƏSMİLƏR SUSUR

Avqustun 11-i bu söküntü vaxtı ərazidə olan Dövlət Əmlak Komitəsinin əməkdaşı Yusif Qəmbərov isə baş verənlərlə bağlı münasibətini açıqlamayıb. Ərazidə olan Bakı şəhər icra hakimiyyətinin söküntü ilə bağlı komissiyasının nümayəndələri də heç bir məlumat verməyiblər.

Bakı şəhər icra hakimiyyətinin mətbuat xidmətindən isə Azadlıq Radiosuna bildirdilər ki, avqustun 11-i gecə aparılan söküntü işləri ilə bağlı onların məlumatı yoxdur.

SDİ-nun ofisi
ATƏT VƏ AVROPA BİRLİYİNİN MÜNASİBƏTİ...

ATƏT Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi ilə bağlı məsələni diqqətdə saxlayır. Bu barədə AzadlıqRadiosuna ATƏT-in Bakı ofisinin mətbuat katibi Rəşad Hüseynov məlumat verib. Onun sözlərinə görə ATƏT-in Bakı ofisi avqustun 11-də, axşam saatlarında Bakının Şəmsi Bədəlbəyli küçəsində həyata keçirilən söküntü barədə artıq məlumatlıdır.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi də Sülh və Demokratiya İnstitutunun ofisinin avqustun 11-də sökülməsini kəskin tənqid edib.

Nümayəndəliyə görə, daha pisi odur ki, söküntü 1 saylı inzibati iqtisad məhkəməsinin 24 may tarixli qətnaməsinə baxmayaraq həyata keçirilir:

«Binanın sahibi söküntü vaxtı ölkədə olmayıb. Ona görə şəxsi əşyalarını və sənədlərini götürə bilməyib».
XS
SM
MD
LG