Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:08

Suriyada kütləvi etiraz nümayişləri keçirilir


Cümə günü Suriyanın müxtəlif şəhərlərində prezident Bashar Assadin istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Hama, Homs və Deyr əl Zor şəhərlərində təhlükəsizlik qüvvələri yenidən nümayişçiləri atəşə tutublar.

Bir neçə adamın öldüyü xəbər verilir.

Bundan əvvəl isə Xan-Şeyxun şəhərində 2 dam öldürülüb.

Suriya hakimiyyətinə qarşı beynəlxalq təzyiqlər artmaqdadır.

Türkiyə kütləvi informasiya vasitələrinin məlumatına görə, prezident Abdulla Gül suriya prezidenti Bəşər Əsədi (Bashar Asad) ölkədə islahatlar aparmağa çağırı

ABŞ dövlət katibi Hillary Clinton isə Rusiya, Çin və Hindistanı Suriyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Yerli hüquq müdafiəçiləri martın ortalarından bu yana ölkədə 2 minə yaxın adamən öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG