Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 18:10

Dustaq köynəyi geyinən gənclər aksiya keçiriblər (VİDEO)


"Həbsdə olan gənc fəallara azadlıq" aksiyası keçirildi
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00
Direct-ə keçid

Gənclərin aksiyası səssiz və heç bir şüar səsləndirilmədən keçib.

Avqustun 12-də Gənc Siyasi Məhbusların hüquqlarını müdafiə komitəsi səssiz aksiya təşkil edib. Gənclər əllərində həbs edilmiş fəalların şəkillərini tutaraq şəhərin mərkəzi küçələrində heç bir söz demədən, şüar səsləndirmədən gəziblər. Onlar özlərinin hazırladığı dustaq köynəkləri geyinərək gənclərə dəstək vermək istədiklərini bildiriblər. Gənclər deyir ki, yaxın 3-4 ay ərzində və «Eurovision» olacağı dövrdə də - xarici qonaqların Bakıya çox gəldiyi bir vaxtda ingilis, fransız dillərində plakarlar yazaraq dinc aksiyalar edəcəklər.

2000-ci ildən BMT-nin qərarı ilə 12 avqust Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.

Azərbaycanda doqquz nəfər gənc siyasi fəaliyyətinə görə həbsdədir. Onların hüquqlarının müdafiəsi və azadlıqa çıxmalarına dəstək məqsədilə bir neçə gənclər təşkilatları birləşərək Gənc Siyasi Məhbusların Müdafiəsi Komitəsini yaradıblar.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG