Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:04

Məhkəmə Yuliya Timoşenkonun apelyasiya şikayətinə baxmadı


Avqustun 12-də Ukryana məhkəməsi sabiq baş nazir Yuliya Timoşenko ilə bağlı apelyasiya şikayətinə baxmaqdan imtina edib.

Timoşenko 2009-cu ildə baş nazir olan zaman Rusiya ilə qaz sövdələşməsi zamanı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Ötən ilki prezident seçkilərində hazırkı prezident Viktor Yanukoviçə məğlub olan Timoşenko həbsinin siyasi motivli olduğunu deyir.

Ötən həftə məhkəmə barəsində həbs-qəti imkan tədbiri seçib. Bu gün məhkəmə bildirib ki, apelyasiya şikayətini müzakirə etmək üçün hüquqi zəmin yoxdur.

ABŞ və Avropa Birliyi Ukrayna rəhbərliyini istintaq müddətində Timoşenkonu sərbəst buraxmağa çağırıb. Lakin prezident Yanukoviç dünən prosesə müdaxilə etməyəcəyini deyib.
XS
SM
MD
LG