Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Azərbaycan İslam Partiyasının sədr müavini həbs olunub


Azərbaycan İslam Partiyasının (AİP) təşkilatı məsələlər üzrə sədr müavini Arif Qəniyev saxlanılıb.

Partiyadan verilən məlumata görə, A. Qəniyev ötən gün saat 20.00 radələrində Sumqayıt şəhərində yaşadığı binanın qarşısında özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Saxlanılan zaman A. Qəniyev oğlu ilə birgə olub. A. Qəniyevin saxlanmasının səbəbləri məlum deyil.

Məlumatda o da bildirilib ki, artıq A.Qəniyev vəkillə təmin olunub. Partiya funksionerinin harada saxlandığı isə bəlli deyil.

Partiya sədrinin müavini Hacı Akif Heydərli isə deyib ki, hələlik vəkili Arif Qəniyevlə görüşməyib./APA/
XS
SM
MD
LG