Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:06

İranda suyla oynayanlar də həbs edilir


Tehran, 26 iyul, 2011
Tehran, 26 iyul, 2011
İranın paytaxtında xeyli gənci həbsə atıblar. Onların cinayəti – su müharibəsi təşkil etməkdir.

Qəribə görünsə də, İran İslam Respublikasında əyləncəyə görə də həbsə düşmək mümkündür. Ötən həftə gənc oğlan və qızlar Tehran parkına toplaşaraq bir-birilərinin üstünə su atıblar. Bu aksiya Facebook vasitəsilə təşkil olunub və 800 istifadəçi tərəfindən bəyənilib.

Parka gələn gənclər su avtomatlarından bir-birilərinə su tuşlayıblar. Bu aksiyada heç bir şüar səslənməyib, toplantı heç bir siyasi mahiyyət daşımayıb. Gənclər sadəcə maraqlı vaxt keçirməyə çalışıblar. Onların şəkilləri saytlarda, bloqlarda, sosial mediada yer alıb.

İran yerli hakimiyyəti isə bu cür əyləncənin islami ictimai davranış qaydalarına zidd olduğu qərarına gəlib. Onlar saytlarda yayılan şəkilləri əsas gətirərək bu cür davranışın əxlaqsızlıq və korrupsiyaya yol açdığını deyirlər.

Tehran polis idarəsinin rəhbəri Hossein Sajedinia təsdiqləyib ki, gənclər bir-birinin üstünə su fısqırtdıqlarına görə həbsə atılıblar. Polis məmuru deyib ki, onlar ictimai asayişi pozublar.

Deputatlardan bəziləri bu hadisəni “gəncləri İslamdan çəkindirməyə” səsləyən aksiya kimi qiymətləndiriblər. hakimiyyət KİV-ləri birmənalı olaraq İslam normalarına zidd olduğunu bəyan ediblər.

Bir həftə əvvəl bir qrup oğlan və qız İranda dəbdə olmayan geyimdə parka toplaşaraq müxtəlif oyunıar oynayıblar. Daha əvvəlki həftələrdə gənclər birlikdə çərpələng uçurublar, sabun köpüyü üfürüblər. Bu aksiyaların hamısı Facebook vasitəsilə təşkil olunub.
XS
SM
MD
LG