Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

Göyçayda Dövlət bayrağı meydanı inşa edilir.


Şəhərin mərkəzində tikintisinə başlanılan meydanda Azərbaycanın dövlət bayrağı 30 metr hündürlükdə dalğalanacaq. Bayrağın postamenti qranitlə üzlənəcəkdir. Qranit lövhənin üzərində Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni əks olunacaq.

«ATF-İnşaat» MMC-in briqadası tərəfindən bir hektara yaxın ərazidə həyata keçirilən tikinti işləri zamanı oradakı həmişəyaşıl ağaclara toxunulmayıb. Meydanın ərazisinə tamet plitələr döşənəcək, oturacaqlar qoyulacaq, dekorativ gül kolları və ağaclar əkiləcək. Ərazidə müasir formada fəvvarə tikiləcək, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün açıq səhnə və rəngli işıqlandırma sistemi quraşdırılacaq.

İşlərin noyabrda yekunlaşdırılması nəzərdə tutulur. /AzərTAc/
XS
SM
MD
LG