Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:24

Suriyada daha bir şəhərə ordu yeridilib


Suriya hakimiyyəti Türkiyə ilə sərhəddə yerləşən İdlib əyalətinin Saraqeb şəhərinə əsgərlər və hərbi texnika yeridib. Əsgərlər əraziyə girdikdən sonra partlayış və atəş səsləri eşidilib.

Xəbəri hüquq müdafiəçiləri yayıb.

İdlib Bashar Assad rejiminə qarşı kütləvi aksiyaların keçirildiyi şəhərlərdəndir.

Mart ayından bu yana Suriyada hakimiyyət əleyhinə keçirilən etiraz aksiyalarında 2000 adam öldürülüb.

BMT Təhlükəsizlik Şurası bir daha Suriya hakimiyyətini müxalifətə qarşı silahlı təzyiqlərə son qoymağa çağırıb.
XS
SM
MD
LG