Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:18

Eks-prezidentin dönüşü, Bakıda partlamamış «bombalar», təzə tələbələr üçün 7 tələb...


Mətbuat icmalı
Mətbuat icmalı
«Bizim yol» qəzetindəki «EKS-PREZİDENTİN DÖNÜŞÜ-SİYASİ MÜSTƏVİDƏ YENİ QÜVVƏLƏR» sərlövhəli yazıda qeyd olunur ki, Mütəllibov-hakimiyyət əməkdaşlığı alınsa, fərqli siyasi situasiya meydana çıxa bilər:

«Ayaz Mütəllimovun Bakıya qayıtması hakimiyyətdaxili bəzi qrupları fəallığa sövq edir, digər qrupları isə daha ehtiyatlı tərpənməyə səsləyir…».

«Yeni Azərbaycan» qəzeti isə Azərbaycan və Rusiya prezidentlərinin avqustun 9-da Soçidə keçirdiyi görüşlə bağlı Prezident Administrasiyasının şöbə müdiri NOVRUZ MƏMMƏDOVUN FİKİRLƏRİnə yer verib.

«Son vaxtlar prezident Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə keçirilən görüşlərdə və danışıqlarda «Madrid baza prinsipləri»nə uyğun olaraq bir sıra məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşması mümkün olub. Buna görə də danışıqları bundan sonra da davam etdirmək lazımdır», - deyə Novruz Məmmədov bildirib.

«Azadlıq» qəzeti yazır ki, «BAKIDAKI «ZAPRAVKA»LAR PARTLAMAMIŞ BOMBADIR». Qəzet Hacıqabul rayonunda yanacaqdoldurma məntəqəsindəki partlayışa toxunaraq paytaxt Bakıdakı yanacaqdoldurma stansiyalarının da insanların həyatına birbaşa zərbə hesab edir:

«Diqqət edək, Şərifzadə küçəsində «Günəş petrol» yaşayış evinə bitişikdir, «Murad petrol» 16-mərtəbəli bina və istirahət parkının bir addımlığındadır. Tbilisi prospektindəki «IST petrol»u isə 18-mərtəbəli binadan dar bir yol ayırır. Şəhərdə hələ neçə-neçə belə məntəqələr var ki, onlar insanlarla yanbayan «yaşayır..»».

«Yeni Müsavat» qəzeti «TƏZƏ TƏLƏBƏLƏR ÜÇÜN 7 TƏLƏB»dən yazır. Valideynlər qeydiyyat üçün lazım olan sənədlərin çoxluğundan və təhsil haqqının bəri başdan ödənilməsi şərtindən narazıdırlar.

Tələbələr də narazıdırlar. Onların başqa yerdə çəkdirib gətirdikləri şəkil götürülmür və onlara universitetin fotoqrafına şəkil çəkdirmək tövsiyə olunur.
«Sağlamlıq kağızı» deyilən tibbi arayışı da poliklinikalar tələbələrə rüşvətlə verir. «Bəzi poliklinikalar arayışı 10-15, bəziləri isə sui-istifadə edib 20 manata satır», - deyə tələbələr qəzetə bildiriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG