Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 13:51

Suriyanın Hama şəhərindən ordu çıxarılıb

Suriyanın Hama şəhərindən ordu çıxarılıb.

Yerli hüquq müdafiəçiləri şəhərdə aparılmış əməliyyatlar zamanı onlarla adamın öldürüldüyünü deyirlər.

Çərşənbə günü isə Deyr əl Zor şəhərinə ordu yeridilib.

Türkiyə sərhəddi yaxınlığında yerləşən Taftanaz və Sermin şəhərlərinə isə hücum edilib.

Brzailiya, Hindistan və Cənubi Afrika Respublikasının nümayəndələri bu gün Dəməşqdə xarici işlər naziri Valid Moallimlə görüşüblər.

Həmçinin Türkiyənin xarici işlər naziri Ahmed Davutoğlu bundan əvvəl Dəməşqdə olub.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.
This item is part of
XS
SM
MD
LG