Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 09:40

Londondakı azərbaycanlılar zorakılıqların zəiflədiyini deyirlər


Liverpoolda zorakılıqlar, 9 avqust
Liverpoolda zorakılıqlar, 9 avqust

Londonda nəşr edilən "Araz" qəzetinin redaktoru Vüsal Həmzəyev deyir ki, zorakılıqlar ilk günlər insanlarda müəyyən qorxu yaratmışdı:
- Çünki burda binaların yandırılmasına, şüşələrin qırılmasına, dükanların talanmasına alışılmayıb. Londonun bir sıra yerlərində, bəzi şəhərlərdə insanlarda qorxu yaranmışdı. Amma indi polisin küçələrdə çoxalmasından sonra olayların azaldığı hiss olunur.
Vusal Həmzəyevin sözlərinə görə, baş verən zorakılıqların səbəbləri haqda Londonda istər adi insalar, istərsə də mediada fərqli fikirlər var:
- Deyirlər ki, insanlar işsizdirlər, xüsusən də gənclər. Üstəlik gənclər təhsil haqlarının qalxmasından əsəbiləşiblər və s. Amma bəziləri də düşünür ki, bu sadəcə əyləncə axtaran gənclərin törətdiyi hadisələrdir.

Bəs baş verən olaylar gəlmələrə qarşı da yönələ bilərmi? Istər zorakılıqları törədən tərəfdən olsun, istərsə də yatırmaq istəyən polis orqanları tərəfindən.

- Yox, elə bir ab-hava yoxdur. Həm inanmıram da ki, hansısa şəkildə əcnəbilərə qarşı yönəlsin, Bu, sadəcə, bekar olan insanların sərsəm addımlarıdır.

Vusal Həmzəyev onu da deyir ki, ümumi rəyə görə, polis bu olayları yatıracaq. Düzdür, belə müzakirələr var idi ki, hökumətin qənaət tədbirləri və polisdə ixtisarlar aparması səbəbilə indi polisin xuliqanlarla mübarizə aparmağa gücü çatmır. Amma bu sadəcə iddialar idi və son açıqlamalrında polisdən bildiriblər ki, orduya ehtiyac yoxdur, və özləri bu olayların qarşısını alacaqlar.
XS
SM
MD
LG