Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:45

3 bölgə prokuroru intizam məsuliyyətinə cəlb edilib


Mingəçevir, Ağsu və Cəlilabad rayon prokurorluqları, habelə Mingəçevir şəhər və Cəlilabad rayon prokurorlarının müavinləri və bir sıra digər əməkdaşlar intizam məsuliyyətinə cəlb ediliblər.

Bu barədə Respublika Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Bildirilir ki, son dövrlər ərzində prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması və vətəndaşların qəbulu işinin təşkili vəziyyəti yoxlanarkən bu sahədə ciddi çatışmazlıqlara və icra intizamının pozuntusu hallarına yol verildiyi müəyyən edilib.
XS
SM
MD
LG