Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Britaniya hökuməti hırc-mərcliyin dayandırılacağını bildirib


Böyük Britaniyanın baş naziri Devid Cameron 4 gündür ki, ölkədə davam edən hərc-mərcliklərə son qoyulacağını, qayda-qanunun təcili bərpa ediləcəyini bildirib.

Londonu çıxmaq şərtiylə ötən gecə Britaniyanın bir neçə şəhərində qarət və yanğınlar törədilib.

Birminqem şəhərində isə əmlakını qorumaq istəyən 3 adam maşınla vurularaq öldürülüb.

Polis həmin adamın həbs edildiyini deyir.

Londonun küçələrinə 16 min polis çıxarılıb.

Polis minə yaxın adamın saxlandığını deyir.

Hərc-mərcliyə səbəb bu günlərdə polisin Londonun Totonhem şəhərində yerli sakini öldürməsi olub.

Məlumatlara görə o polisə atəş açıb.

Amma ilkin araşdırmalar göstərib ki, onun tapancasından atəş açılmayıb.
XS
SM
MD
LG