Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:36

İlham Əliyev Ramazan ayı münasibətilə müsəlman ölkələrinin səfirlərini qəbul edib


Avqustun 10-da prezident İlham Əliyev Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Ramazan ayının dünyada yaşayan bütün müsəlmanların birliyini təcəssüm etdirdiyini vurğulayan prezident islam ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, islam həmrəyliyinin daha da möhkəmləndirilməsinin vacibliyini söyləyib. Azərbaycanın islam həmrəyliyinə layiqli töhfələr verdiyini bildirib.

Ramazan ayı avqustun 1-dən başlayıb, 1 ay davam edəcək.
XS
SM
MD
LG