Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:17

İxtisas seçimi başa çatır


Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas müəssisələrinə (tam orta təhsil bazasında) ixtisas seçimi bu gün başa çatır. İndiyədək 15 155 abituriyent ixtisas seçimini edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, onların 14045 Azərbaycan, 1110 rus bölməsinin abituriyentlərindir.
Abituriyentlərin 4195-i I, 4180-ı II, 5228-i III, 1552-si isə IV ixtisas qrupu üzrə ərizələrini təsdiqləyib.

İxtisas seçimi saat 00.00-da başa çatacaq.
XS
SM
MD
LG