Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:22

Məhkəmə Timoşenkonun həbsini təxirə salmadan imtina edib


Ukraynanın keçmiş baş naziri Yulya Timoşenkonun bu günkü məhkəmə prosesində məhkəmə onun həbsini təxirə salmaqdan imtina edib. Vəkilləri Timoşenkonun həbsinin təxirə salınmasını, haqqındakı həbs-qəti imkan tədbirinin ləğvini xahiş etmişdilər.

Yulya Timoşenko bu gün məhkəməyə istintaq təcridxanasından gətirilib. Avqustun 5-də məhkəmə onun şərti azadlıqda qalması barədə qərarı həbslə əvəz edib.

Məhkəmənin keçirildiyi binanın qarşısına isə Timoşenkonun yüzlərlə tərəfdarı və əleyhdarı yığışıb. Məhkəmə binasının ətrafına xüsusi təyinatlıların olduğu onlarla avtobus gətirilib.

Timoşenko 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalayarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.

Timoşenkonun tərəfdarları onun azadlığa buraxılması üçün imza toplamağa başlayıblar.
XS
SM
MD
LG