Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:08

Dmitri Medvedevin şantajı, «Eurovision» üçün B planı, məhkəmə islahatları...


Mətbuat icmalı
Mətbuat icmalı
ƏLİYEV KREML MƏNGƏNƏSİNDƏ

«Azadlıq» qəzeti Azərbaycan prezidenti İlham Əliyevin avqustun 9-da Soçiyə dəvət olunmasına dair şərh dərc edib:

«Rusiya prezidenti Dmitri Medvedev Ermənistan və Azərbaycanın dövlət başçılarını şantaj edən ifadələr işlədib. Vaxtilə üçlükdə olan söhbətləri indi öz müsahibəsində səsləndirib. Medvedevin eyhamından açıq hiss olunur ki, İlham Əliyev və Serj Sarkisyan Medvedevə Rusiyanın Gürcüstanda törətdiklərindən qorxuya düşdüklərini etiraf ediblər».

Yazı müəllifinin fikrincə, Rusiya prezidenti Azərbaycan və Ermənistan rəhbərlərini Kazan görüşündəki nəticəsizliyə görə cəzalandırıb:

«Medvedevin bəyanatından həm də o anlaşılır ki, İlham Əliyev referendum məsələsini məhz müharibədən çəkindiyi üçün qəbul edib. Ona görə də onun müharibə bəyanatlarının ciddiyyəti şübhə altına düşür. Belə olan halda, Azərbaycan rəhbərliyi bu açıqlamaya izahat verməlidir. Əks halda məlum olacaq ki, həqiqətən də İlham Əliyev və digər hakimiyyət yetkililərinin müharibə çağırışları ya qeyri ciddi xarakter daşıyıb, ya da elə Rusiyanın maraqlarına cavab verdikcə səsləndirilib».

«EUROVİSİON» ÜÇÜN B PLANI

«Yeni Müsavat» qəzeti: Avropa Yayım Şurası (AYŞ) bəyan edib ki, Azərbaycanda «Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsi üçün hakimiyyət «B planı» təqdim etməlidir.

belgovision.com saytına açıqlama verən AYŞ rəsmisi Sitse Bakker deyib ki, Azərbaycan hakimiyyəti yarışmanın keçirilməsi üçün yeni kompleks inşa etməyə hazırlaşırsa, o zaman ehtiyat üçün «B planı» da olmalıdır.

AYŞ yarışma üçün yeni kompleksin tikintisini dəstəkləyir, ancaq qurum hesab edir ki, yeni kompleks vaxtında hazır olmasa, ehtiyat yer də olmalıdır. Məlumatlarda o da bildirilir ki, AYŞ-nin informasiya qrupu yarışmanın keçiriləcəyi yerlə bağlı müzakirə aparmaq üçün avqustun sonlarında Bakıda olacaq.
Bakı zooparkı
Bu müzakirələrdən sonra yarışmanın keçiriləcəyi yer elan edilməlidir.

«TƏZƏ BAZAR»DA «QIRMIZI KİTAB»A DÜŞƏN HEYVANLAR SATILIR

«Yeni Müsavat» qəzeti Bakı zooparkından reportaj dərc edib. Zooparkda işləyən bələdçi qəzetin müxbirinə deyib ki, Qobuya köçürülmə ilə bağlı son aylarda parka heyvan növlərinin gətirilməsi dayandırılıb. Yeni zoopark açılandan sonra buradakı qəfəslərin söküntüsünə başlanılacaq. Amma buna baxmayaraq, Bakı Zooparkı digər ölkələrin zooparkları ilə əməkdaşlığı davam etdirir:

«Bura ən çox mübadilə əsasında heyvan gətirilir. Çünki zooparkın maddi imkanları o qədər də yaxşı deyil. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin paytaxt bazarlarında mütəmadi olaraq apardığı reydlər nəticəsində qanunsuz satılan heyvanlar müsadirə olunaraq zooparka verilib. Adı «Qırmızı kitab»a düşən heyvanlar xüsusilə paytaxtın «Təzə bazar»ında satılır».

MƏHKƏMƏ İSLAHATLARI

«Azərbaycan» qəzetində Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyevin «Məhkəmə orqanlarının müstəqilliyini təmin edən mütərəqqi islahatlar» başlıqlı məqaləsi dərc olunub.

Müəllif məhkəmə islahatları sırasında İlham Əliyevin birbaşa nəzarəti altında Ali Məhkəmənin yeni binasının orijinal memarlıq üslubunda inşa edilərək ən müasir texniki avadanlıqlarla, yüksək iş şəraiti ilə təmin olunduğunu qeyd edir:

«Möhtərəm prezident İlham Əliyevin siyasi iradəsi əsasında 2011-ci ilin əvvəllərindən başlayaraq respublikada korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi və şəffaflığın təmini istiqamətində atılan prinsipial və qətiyyətli addımlar məhkəmə orqanlarının fəaliyyətində də ciddiliklə nəzərə alınır. Dövlət başçısının müvafiq tapşırıq və tövsiyələrini rəhbər tutan Məhkəmə-Hüquq Şurası məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması və qanunçuluğun möhkəmləndirilməsi, korrupsiyaya qarşı mübarizənin daha prinsipial şəkildə aparılması üçün qətiyyətli addımlar atır. Bütün bunlar isə bir ümdə məqsədə - cəmiyyətdə məhkəmə hakimiyyətinə olan ictimai inamı artırmağa, ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini yüksəltməyə xidmət edir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG