Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:05

Əlif Şəfəq plagiat ittihamlarını rədd etdi


Ünlü türk yazıçısı Əli Şəfəq “İsgəndər” adlanan yeni romanının plagiat olduğunu iddia edənlərə cavab verib. (CNN Türk)

“Türkiyədə bir ovuc insanın məni ruhdan salmaq üçün məqsədli şəkildə ortaya atdığı suçlamaları ciddiyə almıram.

Bir az fərqli işlər görən insana qarşı edilən düşünülməmiş hərəkətlərdən, hücumlardan bezdim” – deyə yazıçı bildirib.

İngilis yazıçısı Zadie Smith-in "Bəyaz dişlər" romanının tərcüməçisi Mefkure Bayatlı bir neçə gün qabaq deyib:

“Əlif Şəfəq “İsgəndər” romanını yazarkən Zadie Smith-in 2000-ci ildə İngiltərədə yayınlanan kitabını qəlib, trafaret olaraq götürüb. Buna plagiat deyilir”.

Ə.Şəfəq isə ittihamı rədd edərək bildirib ki, “İsgəndər” romanını İngiltərədə yazıb və İngiltərə nəşriyyatı da onun romanını “sətir-sətir oxuyub”.

O, roman gələn il İngiltərə və ABŞ-da ard-arda çap ediləcəyini deyib.

“İSGƏNDƏR” TÜRKİYƏDƏ BESTSELLERDİR

“İsgəndər” romanı hələ Türkiyədə çap edilməmişdən qabaq 200 min nüsxəsi sifariş edilmişdi.

Bir həftədən artıqdır ki, satışda olan romana böyük tələbat var.

Amma Türkiyədəki bəzi bloqlar iddia edirlər ki, “İsgəndər” romanı Zadie Smisth-in

kitabına çox oxşayır.

Fikir Mahsülleri Ofisi adlı bloq yazıb ki, “hər iki kitabdakı obrazlar və hadisələr birə-bir üst-üstə düşür”.

Hər iki roman bir köç əhvalatı üzərində qurulub.

Əlif Şəfəqin qəhrəmanı Türkiyədən İngiltərəyə köçmüş ailənin taleyindən bəhs edir.

(Roman haqda daha ətraflı burda oxu)

ZADİE SMİTH KİMDİR?

Zadie Smish 1975-ci ildə Londonda doğulub.

Anası əslən Yamaykadandır. İngiltərəyə 1969-cu ildə gəlib. Atası isə ingilisdir.

Zadie Smish Kembric Universitetində “İngilis ədəbiyyatı” ixtisasına yiyələnib.
Hələ tələbəykən hekayələri çap olunmağa başlanıb.

Sonralar hekayələri “Granta”, “New Yorker” kimi nüfuzlu ədəbiyyat dərgilərində çap edilib.

“Bəyaz dişlər” adlı ilk romanı 2000-ci ildə nəşr edilən kimi bestsellərə çevrilib. Əsərin baş qəhrəmanı Səməd İqbal adlı banqladeşli mühacirdir.

Zadie Smith

O 2-ci dünya müharinəsindən sonra Britaniyaya köçüb...

Əsərin əsas teması mədəniyyətlər arasında təzadlar, ziddiyyətlərdir. Mühacirlər öz adət-ənənələrindən fərqli olan bir mühitə düşür, onların yeni cəmiyyətin qaydaları, yeni mədəniyyət ilə təmasları başlanır...

2002-ci ildə əsər əsasında teleserial çəkilib.

Bundan sonra yazdığı iki roman da bestseller olub.

Zadie Smish bir sıra beynəlxalq ədəbi mükafatlara layiq görülüb.

“Granta” jurnalı 2003-cü ildə onu dünyanın ən yaxşı 20 gənc yazarı siyahısna daxil edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG