Suriya prezidenti Bashar Assad ölkədə keçirilən etiraz aksiyaların qarşısının amansızcasına alınacağını bildirib.
Yerli hüquq müdafiəçiləri bazar günü ordu yeridilmiş Deyr əl Zur və Homs şəhərlərində azı 47 adamın öldürüldüyünü xəbər verirlər.
Həmçinin artıq 1 həftədir ki, ordu yeridilmiş Hama şəhərində hərbi əməliyyatlar davam etdirilir.
Məlumatlara görə bu gün sübh tezdən Deyr əl Zur şəhərinə 200-ə yaxın tank və canlı qüvvələr yeridilib.
BMT-nin baş katibi Ban Ki Moon prezident Bashar Assaddan dinc sakinlərə qarşı hərbi güc tətbiq edilməsinin təcili dayandırılmasını tələb edib.