ABŞ rəsmiləri hesab edirlər ki, Əfqanıstanda qəzaya düşmüş nəqliyyat vertolyotunu talibançılar vurub.
38 hərbçinin ölümüylə nəticələnmiş bu qəza Əfqanıstan müharibəsi dövründə koalisiya qüvvələri üçün ən faciəvi insidentlərdən biridir.
Ölənlərdən 30-u Amerika, 7-si isə Əfqanıstan əsgəridir.
Biri isə yerli tərcüməçidir.
Bu hücuma görə cavabdehliyi üzərinə götürən Taliban vertolyotun raketlə vurulduğunu deyir.
İnsident cümə gününə keçən gecə Vardak əyalətində baş verib.