Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:51

Suriya hakimiyyəti Deyr əl Zur şəhərinə də ordu yeridib


Suriya ordusüu bazar günü ölkənin şərqindəki Deyr əl Zur şəhərinə hücum edib.

Şahidlər partlayış səsləri eşidildiyini və ordunun şəhərin bir neçə rayonunu nəzarətə götürdüyünü xəbər verirlər.

Həmçinin artıq 1 həftədir ki, ordu yeridilmiş Hama şəhərində hərbi əməliyyatlar davam etdirilir.

BMT-nin baş katibi Ban Kİ Moon Suriya prezidenti Bashar Assada telefon açaraq dinc sakinlərə qarşı hərbi güc tətbiq edilməsinin təcili dayandırılmasını tələb edib.

Həmçinin Türkiyə hökuməti bəyan edib ki, artıq Ankaranın səbri tükənib və o Suriyada baş verənləri müşahidəçi kimi seyr etmək fikrində deyil .

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan bildirib ki, xarici işlər naziri Ahmet Davutoğlu Suriya hakimiyyətinə Ankaranın mesajını çatdırmaq üçün bazar ertəsi Dəməşqə yollanacaq.
XS
SM
MD
LG