Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:43

Ukrayna müxalifəti parlamentin təcili iclasını çağırmaq fikrindədir


Ukrayna müxalifəti keçmiş baş nazir Yuliya Timoşenkonun həbsinə görə, Alı Radanın növbədənkənar sesiyasını çağırmaq fikrindədir.

Parlamentin sədr müavini, Timoşenkonun müxalifətdə olan Batkivşina partiyasının üzvü
Nikolay Tomenko, bunun hakimiyyətin qanunsuz hərəkətinə qarşı alternativ fikir yürütmək üçün yeganə imkan olduğunu deyir.

Paytaxt Kiyevdə məhkəmənin qərarına qarşı etiraz aksiyaları davam etdirilir, məhkəmə binasının qarşısında çadırlar qurulub.

Məhkəmə Timoşenkonun ölkəni tərk etməmək şərtiylə azadlıqda qalması barədə hökmü dünən həbslə əvəz edib.

Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Ukrayna hakimiyyətini Timoşenkonu təcili azad etməyə çağırıblar.

Avropa Parlamentinin sədri Eji Buzek (Yerzy Buzek ) həbsin siyasi motivli olduğunu deyir.

Timoşenko hakimiyyətdə olduğu dövrdə Rusiyayla qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.
XS
SM
MD
LG