Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:49

Astara rayonunda pensiyalar niyə gecikir?


Pensiya almayanlar
Pensiya almayanlar
Astara rayonunun bir qrup sakini pensiyaların verilməməsindən şikayət edir.

Astara rayonu Pensər kənd sakini Əziz Məmmədov deyir ki, 2-ci qrup əlildir, aldığı pensiyanın yarıdan çoxu dərmana gedir. Pensiyanı vaxtında vermədikləri üçün dərmanları aptekdən nisyə alıb:

- İyul ayının pensiyasını ala bilməmişəm. Deyirlər ki, gecikmələr artımla əlaqədardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng etmişəm. Mənə dedilər ki, biz pensiyaya baxmırıq, pensiyaya Dövlət Sosial Müdafiə Fondu baxır. Fondun Astara rayon Şöbəsindən isə deyirlər ki, pensiyadan xəbərimiz yoxdur.

Mirzəmməd Ağayev isə valideynlərinin pensiyaçı olduğunu söyləyir. Atasının 81, anasının 76 yaşı olduğunu, hər ikisinin xəstə yatdığını deyir:

«Bunlar həmişə ayın əvvəlində pensiyanı alardılar. Sonra yavaş-yavaş uzatdılar, gəldi çıxdı ayın sonuna. İndi keçib ikinci aya. İmkansız adamlardır. Guya pensiya artımla əlaqədar gecikir.
Böyükxanım Nəhmətova
Köhnə qayda ilə onların pensiyasını verin, artımı gələn ay verərsiniz».

81 yaşlı Böyükxanım Nəhmətova tək yaşadığını bildirir. Pensiyanın ümidinə qaldığını deyir. Pensiya gecikdiyinə görə qaz və işıq pullarını verə bilmədiyindən şikayət edir:

- Qazpulu var, işıqpulu var, haradan gətirim verim. Vaxtında versinlər də, cavanlara Astarada iş yoxdur.

Astara rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məzahim Hüseynov da AzadlıqRadiosuna bəzi kəndlərdə pensiyaların yubanmasını artımla izah etdi. O, qalan müavinətlərin avqustun 10-dək veriləcəyini söylədi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG