Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:53

Hirosimaya atom bombası atılmasının ildönümü qeyd olunur


Yaponiyada Hirosima şəhərinə atom bombası atılmasının ildönümüylə əlaqədar matəm mərasimləri keçirilir.

Birləşmiş Ştatlar 66 il bundan əvvəl-İkinci dünya müharibəsinin sonunda Hirosimaya atom bombası atdı və bu 140 min adamın ölümüylə nəticələndi.

Hirosima meri bu gün keçirilən mərasimdə çıxış edərkən bu yaxınlarda Fikushimo-Daiçi stansiyasında baş vermiş qəzaya toxunub və ölkə rəhbərliyini gələcəkdə atom enerjisindən imtina etməyə çağırıb.

Hirosimada keçirilən mərasimdə ölkənin baş naziri Naoto Kan da iştirak edib.
XS
SM
MD
LG