Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:59

Suriyada ordu məscidləri mühasirəyə alıb, etirazların genişlənməsinin qarşısını almaq istəyir


Suriyada ölkəboyu 10 minlərlə adam Cümə namazından sonra küçələrə çıxıb və yenə də siyasi islahatlar və prezident Bashar al-Assadin istefasını tələb ediblər.

Fəallar bildirirlər ki, təhlükəsizlik qüvvələri Dəməşq yaxınlığındakı etirazları dağıtmaq onlara atəş açır, və gözyaşardıcı qazdan da istifadə edir.

Suriyanın bir neçə başqa şəhərində isə ordu Cümə namazından sonra insanların etiraza qatılmaması üçün məscidləri mühasirəyə alıb.

ABŞ Dövlət Katibi Hillary Clinton isə Avropa və Arab dövlətlərini zorakılığa son qoymaq üçün daha çox səy göstərməyə çağırıb. Və Assad rejimini 2 mindən çox insanın qətlində ittiham edib.
XS
SM
MD
LG