Bu gün Bakıda Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə 5 yaşlı uşağı qətlə yetirməkdə təqsirləndirilən ata və ökey anaya hökm oxunub.
Şahlar Həsənovla Rəbiyyət Osmanova 15 il azadlıqdan məhrum ediliblər.
İttihama görə, 2006-cı il təvəllüdlü Sevinc Həsənovanı analığı Rəbiyyət Osmanova döyüb.
Atası Şahlar Həsənov isə saat 22.00 radələrində yatağında sakitləşməyən uşağın baş nahiyəsinə təpiklə bir neçə zərbə vurub.
Uşaq huşunu itirdiyinə görə onu xəstəxanaya çatdırıblar.
Amma onun həyatını xilas etmək mümkün olmayıb.
Rəbiyyət Osmanova Rusiya vətəndaşıdır. 1999-cu ildə həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyinə görə, 2006-cı ilədək həbsdə yatıb.