Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 08:18

BMT Təhlükəsizlik Şurası Suriya hökumətini pisləyib


BMT Təhlükəsizlik Şurası kütləvi nümayişləri zorakılıqla yatıran Suriya hökumətini pisləyib.
Şuranın bəyanatında Suriyada geniş yayılmış hüquq pozuntuları və dinc sakinlərə qarşı güc tətbiqinin qəbuledilməz olduğu deyilir.

Təhlükəsizlik Şurasının bəyanatını təşkilatın 15 üzvü yekdilliklə qəbul edib. Məlumata görə, Livan rəsmisi sənədin mətninə etiraz etsə də, onun qəbuluna da mane olmayıb.

Suriya hökuməti bazar günü Hama şəhərində hərbi əməliyyata başlayıb, tanklardan istifadə olunub. Hüquq müdafiəçiləri 100-dən çox sakinin öldüyünü desə də, məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
XS
SM
MD
LG